İSTANBUL ŞƏHƏR TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qonağı səmimi salamlayan universitetin rektor əvəzi, professor Telman Hüseynov ona 70 illik yubileyini qeyd etmiş bu təhsil ocağında tədris işinin qurulması, təhsilin dünya standartları səviyyəsinə qaldırılması, yeni fakültələr və laboratoriyalar açılması, əcnəbilərin, xüsusən türkiyəli gənclərin burda təhsil almasına yaradılmış şərait barədə məlumat vermişdir.
İstanbul Şəhər Təhsil Şöbəsinin müdiri Ömür Balıbəy Azərbaycanda keçirdiyi görüşlərdən, Türkiyə-Azərbaycan təhsil əlaqələrinin getdikcə daha da geniş vüsət almasından danışmış və respublikamızın təhsil nazirinin dəvəti ilə ölkəmizə gəlişindən məmnunluğunu bildirmişdir.
Təhsil nazirinin müavini Elmar Qasımov iki ölkə arasındakı təhsil əlaqələrinin əhəmiyyətindən danışmışdır.
Sonda türkiyəli qonaq görüş iştirakçılarının suallarına cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]