İstanbulda yağan leysan yağışları mənfi fəsadlara səbəb olub VİDEO
İstanbul, 21 avqust, AZƏRTAC
Bu gün səhər saatlarında Türkiyənin Marmara bölgəsində yağan leysan yağışları İstanbulda mənfi fəsadlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, güclü yağış səbəbindən şəhərin mərkəzi bölgələrindən olan Mecidiyeköy və Okmeydanı rayonlarında yollarda irimiqyaslı gölməçələr yaranıb. Bəzi yollarda maşınları sudan çıxarmaq mümkün olmayıb.
Bölgəyə yanğınsöndürmə və xilasedici briqadalar cəlb olunub.
Hazırda təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]