İstehlak üçün yararsız 4572 kiloqram qaymaq məhsulu məhv edilib
Bakı, 12 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsulları mütəmadi qaydada risk əsaslı ekspertizaya cəlb edilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində “İtalika Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İtaliya Respublikasından ölkəmizə idxal olunan “Hopla” əmtəə nişanlı qaymaq məhsulundan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilib. Aparılan müayinələr nəticəsində qaymaq məhsulunda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.
Bununla əlaqədar olaraq istifadəyə yararsız “Hopla” əmtəə nişanlı 0.5 litrlik qablaşdırmada, ümumi çəkisi 4572 kiloqram olan məhsul partiyası “Təhlükəli tullantılar” poliqonunda məhv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]