“İstək” liseyinin şagirdləri Bakı Dövlət Universitetində praktiki dərslərdə iştirak ediblər
Bakı, 4 aprel, AZƏRTAC
Mingəçevirdəki “İstək” liseyinin XI sinif şagirdləri Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, şagirdlərə universitetin tarixi, inkişaf mərhələləri, tədrisin təşkili, beynəlxalq təcrübənin tətbiqi, tələbə mübadilə proqramları barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, bu ali məktəbin humanitar, fundamental və təbiət elmləri sahələrini əhatə edən 17 fakültəsində müxtəlif ixtisaslar üzrə 22 mindən çox tələbə Azərbaycan, rus və ingilis dillərində təhsil alır.
Sonra liseyin şagirdləri universitetin maddi-texniki bazası ilə tanış olub, laboratoriya, muzey və mərkəzlərdə keçirilən praktiki dərslərdə iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]