İsveç sahillərində gəmi saya oturub, neft dənizə dağılıb
Stokholm, 23 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin Karlshamn şəhəri yaxınlığında qapalı vəziyyətdə qalan “Marko Polo” sərnişin gəmisindən neft sızması baş verib.
AZƏRTAC xəbər verir ki, Sahil Mühafizə Xidməti hazırda yanacağın geniş sahəyə yayılmasını məhdudlaşdırmaq üçün İsveçin cənubundakı qüvvələri səfərbər etməklə məşğuldur. Bununla yanaşı, dağılmış neftin həcminin qiymətləndirilməsi çətinləşib.
“Gəmidə neftin nə qədər olduğunu bilirik, amma dağılan miqdarı müəyyən etmək çətindir. Xüsusilə söhbət qatı neft, dizel yanacağı və digər kimyəvi maddələrdən gedir. Qapalı vəziyyətdə qalan gəmiyə ciddi ziyan dəyib”, - deyə gəmiyə ilk baxışı həyata keçirən İsveç Nəqliyyat Agentliyinin gəmi müfəttişi bildirib.
Sahil mühafizəsinin havadan çəkilən görüntülərinə görə, “Marko Polo” gəmisi saya oturduqdan sonra dağılan neft sahil boyunca bir neçə dəniz mili yayılıb.
Gəminin qapalı qalması ilə bağlı həyəcan siqnalı bazar günü saat 06:25-də daxil olub. Daha sonra isə gəminin iki dəfə saya oturduğu, lakin birinci dəfədən həyəcan siqnalı verilmədiyi üçün neftin bir neçə dəniz mili boyunca dağıldığı məlum olub.
Neftin dənizdən təmizlənməsi işləri sürətlə davam edir, çünki çərşənbə axşamı yağış və güclü külək gözlənilir.
Sahil Mühafizə Xidməti artıq dəniz qanunvericiliyinin pozulması ilə bağlı ilkin araşdırmaya və gəmilərdən çirklənmənin qadağan edilməsi tədbirlərinə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [00:20]
Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər
- 03.10.2026 [23:56]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [17:17]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [17:09]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [17:01]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 03.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:35]
Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq
- 03.10.2026 [16:31]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [16:16]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [15:52]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:49]
Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb
- 03.10.2026 [15:32]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 03.10.2026 [15:25]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [15:02]
III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib
- 03.10.2026 [14:11]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [14:07]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 03.10.2026 [13:50]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:32]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:12]
3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH
- 03.10.2026 [13:07]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [13:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:04]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [12:01]
Vətən müharibəsinin xronikası: 3 oktyabr
- 03.10.2026 [12:00]
Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava
- 03.10.2026 [11:43]
“Ordunun Səsi Radiosu” - bir il sizinlə...
- 03.10.2026 [11:38]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:33]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [11:28]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [11:20]