İsveçdə IV əsrə aid Roma sikkəsi tapılıb
Stokholm, 5 sentyabr, AZƏRTAC
Stokholmun şimalında yerləşən Yarfella sakini üzərində Qədim Roma imperatoru I Feodosinin xanımı imperatriçə Eliya Flasillanın təsviri olan IV əsrə aid bürünc sikkə tapıb.
AZƏRTAC xəbər verir ki, İsveç Qədim Əşyaların Mühafizəsi İdarəsinin məlumatına görə, sikkə Konstantinopolda zərb edilib və Skandinaviyanın Roma imperiyası ilə əlaqələrindən xəbər verir. Sikkənin üz tərəfində Flasillanın portreti, arxa tərəfində isə qələbə ilahəsi Viktoriya təsvir olunub.
Stokholm Tarix Muzeyi tapıntını öz kolleksiyalarına daxil etmək niyyətindədir. Ancaq əvvəlcə bürünc sikkə konservləşdiriləcək ki, Aelia Flaccilla və ilahə Viktoriyanın təsvirləri daha fərqli olsun.
Tapıntını tapan qadına dövlət tərəfindən 500 kron təzminat ödəniləcək.
Eliya Flaviya Flasilla (356-386) Roma Katolik Kilsəsi tərəfindən müqəddəsləşdirilib və qızının ölümündən qısa müddət sonra Konstantinopolda vəfat edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]