İsveçrədə koronavirusa yoluxma halları tədricən artır
Bern, 19 avqust, AZƏRTAC
İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında koronavirusa yoluxma hallarında artım tendensiyası müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, may-iyun aylarında gündəlik yoluxma hallarının sayı 10-50 arasında dəyişsə də, artıq avqustun 10-dan bəri bu göstərici 250-dən yuxarıdır. Ötən sutka ərzində isə İsveçrə və Lixtenşteyndə 311 nəfər koronavirusa yoluxub. Bununla da aprel ayından bəri ilk dəfə olaraq gündəlik yoluxma hallarının sayı 300-dən yuxarı olub.
İsveçrə Federal Səhiyyə İdarəsi ölkə daxilindəki vəziyyətlə yanaşı İspaniyanın Balear adalarını, Belçika və Maltanı yüksək infeksiya riskinə malik yeni regionlar kimi müəyyənləşdirib və həmin regionlardan İsveçrəyə səfər edən şəxslər 10 gün özünütəcrid şəraitində keçirməlidirlər.
Qeyd edilməlidir ki, İsveçrə və Lixtenşteyndə indiyədək 38760 nəfərdə koronavirus aşkarlanıb, 1719 nəfər COVID-19 xəstəliyi ilə əlaqədar dünyasını dəyişib.
İnfeksiyaya yoluxma zəncirini asanlıqla müəyyənləşdirmək üçün ölkədə SwissCovid-App mobil tətbiqi istifadə olunur və hazırda 1,29 milyon şəxs bu mobil tətbiqi öz telefonuna yükləyib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]