İtaliya A Seriyası: “İnter”-“Yuventus” qarşılaşmasında hər qapıya bir top vurulub
Bakı, 28 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 27-də İtaliya A Seriyasında 34-cü turun mərkəzi qarşılaşması oynanılıb.
AZƏRTAC xəbər verir ki, “San Siro” stadionunda “İnter” komandası “Yuventus” klubunu qəbul edib.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Oyunda hesabı 6-cı dəqiqədə meydan sahibləri açıb. Radja Naiqolan adını tabloya yazdırıb. Fasilədən sonra “Yuventus” hesaba tarazlıq gətirib. Turinlilərin portuqaliyalı futbolçusu Kriştiano Ronaldo fərqlənib.
Xatırladaq ki, “Yuventus” bu mövsümdə vaxtından əvvəl çempion olub. Hazırda onun hesabında 88 xal var. “İnter” klubu 34 oyundan 62 xal toplayaraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]
Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]