İtaliya A Seriyası: “Milan” qələbə qazanaraq liderliyini davam etdirir
Bakı, 10 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 10-da futbol üzrə İtaliya A Seriyasının 16-ci turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, lider “Milan” doğma azarkeşlər önündə “Torino” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Milanlılar hesabı oyunun 25-ci dəqiqəsində açıb. Brahim Diyazın ötürməsindən sonra rəqibin qapıçısı ilə üzbəüz qalan Rafael Leao fürsəti əldən verməyib. Görüşün 36-ci dəqiqəsində “Milan”nın futbolçusu Frank Kessi hesab arasındakı fərqi iki topa çatdırıb.
Bu qələbədən sonra “Milan” 40 xalla liderliyinə davam edir. “Torino” isə 12 xalla 19-cu yerdə qərarlaşıb.
Turun digər görüşlərində “Atalanta” səfərdə “Beneveto”dan (4:1), “Genoa” isə öz meydanında “Bolonya”dan üstün olub (2:0).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]