İtaliya kuboku yarışlarının finalçıları bəlli olub
Bakı, 1 mart, AZƏRTAC
Futbol üzrə İtaliya kuboku yarışlarının finalçılarına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, kubokun son qalibi “Yuventus” yenidən həlledici matça vəsiqə əldə edib.
“Qoca sinyora” yarımfinal mərhələsində “Atalanta” üzərində qələbə qazanıb. İlk görüşdə səfərdə 1:0 hesablı qələbə qazanan turinlilər doğma azarkeşləri önündə keçirdikləri cavab matçında da 1 qolla qalib gəliblər.
Günün ikinci yarımfinalı “Olimpiya” stadionunda baş tutub və “Latsio” “Milan”ı qəbul edib. Həm ilk, həm də cavab oyununun əsas və əlavə vaxtında hesab açılmayıb. “Milan” rəqibinə penaltilər seriyasında qalib gəlib - 5:4.
Final oyunu mayın 9-da Romadakı "Olimpiya" stadionunda baş tutacaq.
Qeyd edək ki, “Milan” final matçında “Yuventus”la qarşılaşacaq. Bu komanda, həmçinin Avropa Liqasının 1/8 finalında İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək. İlk oyun martın 8-də Milanda, cavab oyunu isə bir həftə sonra Londonda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]