İtaliya polisi Ermənistana göndərilən iki konteynerdə 2,7 ton kokain aşkarlayıb
Roma, 16 may, AZƏRTAC
İtaliyanın maliyyə polisi Ermənistana göndərilən iki konteynerdə 2,7 ton kokain müsadirə edib.
AZƏRTAC xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində İtaliyanın cənubundakı Kalabriya regionunun Gioia Tauro limanında xüsusi əməliyyat keçirilib. Beynəlxalq narkotik ticarəti ilə mübarizəyə yönəlmiş əməliyyatda Ekvadordan yola salınan və Gürcüstan Batumi limanı vasitəsilə Ermənistana çatdırılması nəzərdə tutulan iki konteynerdə axtarış aparılıb. Nəticədə 12 metrlik soyuducu kameradakı 78 ton banan yükünün içərisində gizlədilmiş ümumilikdə 2734 kiloqram xalis kokain aşkarlanıb.
Otuzdan çox ixtisaslaşmış polisin cəlb olunduğu əməliyyatda Cənubi Amerikadan Qara dənizə uzanan narkotik ticarəti şəbəkəsinə zərbə vurulduğu, müsadirə edilən narkotik vasitənin dəyərinin 800 milyon avrodan çox olduğu bildirilir.
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]