İtaliya sahillərində miqrantların olduğu qayıq batıb
Roma, 28 oktyabr, AZƏRTAC
İtaliyanın Siciliya adası sahillərində miqrantları daşıyan qayıq batıb.
AZƏRTAC xəbər verir ki, İtaliya maliyyə polisi və sahil mühafizə xidmətinin patrul gəmiləri tərəfindən 18 nəfər xilas edilib, 5 nəfərin cəsədi tapılıb. İtkin düşənlərin axtarışı dənizdə və quruda davam etdirilir.
Bundan başqa, ötən gecə Lampeduza adasına iki qayıqdan xilas edilən ümumilikdə 95 miqrant gətirilib. Onlar Liviyanın Zouara bölgəsindən və Tunisin Əl-Əmra şəhərindən yola çıxan Suriya, Eritreya, Efiopiya və Sudan vətəndaşlarıdır.
Adadakı miqrant düşərgəsindən daha 200 nəfər bərə-gəmisi ilə Siciliya adasının Porto Empedokl limanına yola salınıb. Hazırda düşərgədə 181 miqrantın olduğu bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]