İtaliyada daşqınlar nəticəsində 9 nəfər həlak olub
Roma, 18 may, AZƏRTAC
İtaliyanın şimal-şərqindəki Emiliya-Romaniya regionunda güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində 9 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bölgədəki 23 çay məcrasından çıxıb, ümumilikdə 37 bələdiyyədə minlərlə ev, iş yerləri və yollar su altında qalıb. 250-dək torpaq sürüşməsi baş verib, bəzi şəhərlər və qəsəbələrə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Məktəblərdə tədris dayandırılıb, on mindən çox insan bölgədən təxliyə edilib.
Yaponiyanın Xirosima şəhərində keçirilən “Yeddilər qrupu” (G7) sammitində iştirak edən İtaliyanın Baş naziri Ciorcia Meloni videobağlantı vasitəsilə Emiliya-Romaniya regionunun rəhbərliyindən təbii fəlakətlə bağlı məlumat alıb, mayın 23-nə Nazirlər Şurasının iclasını təyin edib. Hökumətin sel və daşqınlardan zərər çəkmiş insanlar və bölgələrlə bağlı lazımi addımlar atacağı bildirilib.
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]