İtaliyada ən böyük asma körpünün inşasına başlanılır
Roma, 16 iyul, AZƏRTAC
İtaliyada inşa olunacaq dünyanın ən böyük asma körpüsü ilə bağlı proqram sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Messina boğazından keçəcək körpü üçün proqram sazişini İtaliya Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini, iqtisadiyyat və maliyyə naziri Ciankarlo Ciorcetti, Siciliya və Kalabriya regionlarının rəhbərləri, icraçı şirkətlərin rəhbərləri imzalayıblar.
Siciliya adasını materiklə birləşdirəcək 3,6 kilometr uzunluğundakı körpünü inşasının təxminən 6,3 milyard avroya başa gələcəyi bildirilir. Tikinti işlərinə bu ilin yayında başlanması və inşa prosesinin 2032-ci ildə tamamlanması nəzərdə tutulur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]