İtaliyada taksi sürücüləri tətil elan ediblər
Roma, 25 noyabr, AZƏRTAC
İtaliyada taksi sürücüləri hökumətin hazırladığı bu sektoru rəqabətə və transmilli şirkətlərə açmağı nəzərdə tutan qanun layihəsinə etiraz əlaməti olaraq tətil elan ediblər.
AZƏRTAC xəbər verir ki, ölkənin müxtəlif bölgələrindən gələn və yeni qaydalara etiraz edən taksi sürücüləri paytaxt Romada yürüş keçirib. Paytaxtın əsas meydanlarından biri olan “Repubblica”ya toplaşan minlərlə taksi sürücüsünün etirazına müxtəlif həmkarlar ittifaqları da dəstək verib.
Taksi sürücüləri COVID-19 epidemiyasının bu sektora mənfi təsir göstərdiyi bir vaxtda hökumətin rəqabətlə bağlı hədəfinin onlar üçün zərbə olduğunu bildiriblər.
Polis yürüş təşkil edilən ərazidə təhlükəsizlik tədbirlərini artırıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]