İtaliyanın Lampeduza adasına bir gündə rekord sayda miqrant gəlib
Roma, 14 sentyabr, AZƏRTAC
İtaliyanın cənubundakı Lampeduza adasına dəniz yolu ilə rekord sayda miqrant qəbul olunub.
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də ümumilikdə 5112 miqrantın olduğu 110 qayıq adadakı limana yan alıb. Sentyabrın 11-də adaya iki mindən çox, ayın 13-də isə 1600 miqrant gəlib. Son üç gündə isə adaya qəbul olunan miqrantların sayı ümumilikdə 8 mindən çoxdur. Adadakı miqrant düşərgəsində hazırda 6 min çox mühacirin olduğu bildirilib.
Azyaşlılar və qadınlar da daxil olmaqla, əsasən Afrikadan olan miqrantların bəziləri İtaliya maliyyə polisi və sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən müxtəlif ölçülü qayıqlardan xilas ediliblər.
Son illərdə Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilən İtaliya ilin əvvəlindən bəri 123 min 863 miqrant qəbul edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çoxdur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]