İtaliyanın Lampeduza adasına bir sutkada 6 min mühacir gəlib
Bakı, 14 sentyabr, AZƏRTAC
İtaliyanın Aralıq dənizində yerləşən Lampeduza adasının hakimiyyət orqanları mühacir axını səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.
AZƏRTAC “Le Figaro” qəzetinə istinadla xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin İtaliya nümayəndəliyinin rəsmi nümayəndəsi Françeska Bazile sutka ərzində adaya 120 müxtəlif üzən vasitə ilə 6 min mühacirin gəldiyini deyib.
Lampeduzanın 400 nəfər üçün nəzərdə tutulan mühacir qəbulu mərkəzi axının öhdəsindən gələ bilmir. İtaliya polisi limanı tərk etmək icazəsi tələb edən yüzlərlə mühacirin qarşısını almaq üçün vəziyyətə müdaxilə etmək məcburiyyətində qalıb. Lampeduza meri Filippo Mannino vəziyyətin ciddiliyini nəzərə alaraq axşam saatlarında adada fövqəladə vəziyyət rejimi elan edib.
İtaliyanın xarici işlər naziri Antonio Tayani yerli sakinlərə yardım etmək və adaya gələn mühacirləri digər şəhərlərə yerləşdirmək üçün hökumətin əlindən gələni etdiyini deyib.
Qeyd edək ki, ilin əvvəlindən bəri İtaliyaya dəniz yolu ilə 118 min 500 mühacir daxil olub. Cari ilin ilk altı ayı ərzində Aralıq dənizini keçərək Avropaya sığınmaq istəyən 2 min nəfər, o cümlədən 289 uşaq boğularaq ölüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:56]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]