İxtisasartırma kursunu müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, Akademiya tərəfindən keçirilən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların ixtisasartırma kursunu müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib.
Tədbirdə Nadir Adilov mediasiya sahəsindəki yeniliklərdən söz açaraq bildirib ki, 2023-cü ildə daha sıx əməkdaşlıqlar qurulacaq, daha keyfiyyətyönümlü nəticələrə nail olunur.
Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov çıxış edərək mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda sertifikatlar təqdim edilib və mediatorlarla xatirə şəkilləri çəkilib.