İyirmi üç yaşadək cüdoçular arasında açıq Bakı birinciliyinə yekun vurulub
Bakı, 28 may, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında keçirilən açıq Bakı birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə oğlanlar arasında 5 çəki dərəcəsində mükafatçılar məlum olub. Sənan Əhmədov (73 kq), Samir Ağayev (81 kq), Əkbər Quliyev (90 kq), İmran Yusifov (100 kq) və Cəfər Əkbərli (100 kq-dan yuxarı) qızıl medal qazanıblar.
Qalib və mükafatçılara Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları verilib.
Qeyd edək ki, bu yaş kateqoriyası üzrə Azərbaycan birinciliyi iyunun 12-13-də keçiriləcək.