İYULDA 10 MİN 932 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR QEYDİYYATA ALINMIŞDIR
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin iyulunda dövlət reyestrində 10 min 932 daşınmaz əmlak obyekti üzərində hüquqlar qeydiyyata alınmışdır. Bunun 3 min 943-ü ilkin, 6 min 989-u isə təkrar bazarın payına düşür.
Həm ilkin, həm də təkrar bazar üzrə dövlət reyestrində qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərindən 3 min 392-si torpaq sahəsi, 4 min 417-si mənzil, 2 min 642-si fərdi yaşayış evi, 481-i isə digər bölmələrə aid daşınmaz əmlak obyektləridir.
İyul ayında respublika üzrə 1583 ipoteka müqaviləsinin dövlət qeydiyyatı aparılmışdır. Xidmətin ərazi idarələrində hüquq sahiblərinə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 7034 arayış verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]