İYUNDA MÜŞTƏRƏK MÜƏSSİSƏLƏR VƏ ƏMƏLİYYAT ŞİRKƏTLƏRİ “AZƏRİQAZ”A BORCLU QALMIŞLAR
Azərbaycan Dövlət Neft Şirkətindən bildirmişlər ki, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti iyun ayında müştərək müəssisələrdən və əməliyyat şirkətlərindən 4,5 min kubmetr təbii qaz almışdır. Bu, nəzərdə tutulduğundan 1,3 min kubmetr azdır. Lakin buna baxmayaraq, bütövlükdə həmin qurumlar “Azəriqaz”a cari ilin altı ayı ərzində 35 min kubmetr əvəzinə, 38,3 min kubmetr qaz vermiş və bu hesabla onlar yarım ildə proqnoza 109,4 faiz əməl etmişlər. Xatırladaq ki, ötən il “Azəriqaz” həmin qurumlardan 32,4 min kubmetr “mavi yanacaq” almışdı.