İZMİRDƏ TERROR AKTI TÖRƏDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 21-də Türkiyənin İzmir şəhərinin Konak rayonunda uzaqdan idarə olunan plastik bombanın partladılması nəticəsində 13 nəfər, o cümlədən 3 hərbçi və 8 polis yaralanmışdır. Onlardan birinin vəziyyəti daha ağırdır.
Şəhər valisinin bildirdiyinə görə, terrorçular bombanı yaşayış binasının qarşısında dayanmış avtomobildə yerləşdirmişlər. Bomba hərbçi və polislərin hava limanına getdikləri zaman partladılmışdır.
Xatırladaq ki, üç gün əvvəl də Mərsin şəhərində bombanın partladılması nəticəsində 12 polis nəfəri yaralanmışdı. Polis bu terror aktlarının bir təşkilatın işi olduğunu ehtimal edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]