Jan Todt: “Formula-1” bu mövsümdə yaxşı formadadır
Bakı, 22 iyun, AZƏRTAC
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Todt “Formula-1” yarışlarının indiki durumundan razıdır.
AZƏRTAC www.championat.com saytına istinadla xəbər verir ki, “Formula-1” yarışlarını şərh edən J.Todt deyib: “Hesab edirəm ki, bu mövsümdə “Formula -1” yaxşı formadadır, çünki son bir neçə ildə olduğu kimi yarışlar bir komandanın üstünlüyü ilə keçmir. Əlbəttə, “Mersedes” hələ də çox güclüdür, amma “Ferrari” böyük inkişaf yolu keçib. “Red Bull” da mübarizəyə qoşulub, “Fors Indıa” bu il iki dəfə podiuma çıxan Serxio Peres ilə birlikdə pis baxılmır. “Formula-1”in sürprizlərinin çoxalması da müsbət haldır. Amma unutmayaq ki, idmanın bu növündə elə dövrlər olur ki, komandalardan biri başqaları üzərində üstünlüyü tam ələ keçirir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]