Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Jerusalem Post”: Prezident İlham Əliyev dünyadakı yəhudi icmalarının hörmət və ehtiramını qazanıb

Bakı, 7 mart, AZƏRTAC

İsrailin ən nüfuzlu və sanballı nəşrlərindən biri olan “Jerusalem Post” qəzetinin 6 mart tarixli nömrəsində İsrail-Azərbaycan əməkdaşlığının tarixi və perspektivləri barədə məqalə dərc olunub. Məqalə, həmçinin Azərbaycan-İsrail əməkdaşlığına şübhə ilə yanaşan bəzi ermənipərəst İsrail siyasətçilərinə tutarlı cavabdır.

“İsrail və Azərbaycan - praqmatik yanaşma” sərlövhəli məqalənin müəllifi beynəlxalq münasibətlər sahəsində tanınmış İsrail eksperti, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qutdur.

İsrail eksperti yazır: “Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibətləri yoxdur. İki ölkə arasında münasibətlər xüsusilə maraqlıdır, çünki Azərbaycan əhalisinin çoxu müsəlman olan ölkədir. Bu sıx qarşılıqlı münasibətlərin səbəbləri azərbaycanlılar və Azərbaycanda firavan yaşayan yəhudi icması arasında qədim dostluqdan qaynaqlanır. Bir çox xalqlardan fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə yadelli və ya əcnəbi kimi baxmayıblar. Əslən Azərbaycandan olan israillilər Azərbaycan və İsrail arasında iqtisadi və geosiyasi əməkdaşlığı möhkəmləndirmək üçün çox işlər görürlər”.

Arye Qutun fikrincə, Azərbaycanın və dünyadakı yəhudi icmalarının hüdudlarından kənarda az adam bilir ki, yəhudi icması Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixində necə mühüm rol oynayıb. Müəllif yazır: “Məsələn, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk səhiyyə naziri yəhudi - doktor Yevsey Gindes olub, AXC parlamentində isə yəhudi fraksiyaları təmsil olunublar. Bundan əlavə, AXC-nin mövcud olduğu 1918-1920-ci illərdə yəhudi icması “Kavkazskiy yevreyskiy byulleten” jurnalı, “Palestina” qəzeti, habelə “Molodyoj Siona” jurnalı dərc edirdi. Həmçinin Sovet hakimiyyətinin mövcud olduğu bütün dövrdə yəhudilər Azərbaycanın elmi-intellektual, iqtisadi və siyasi həyatında mühüm rol oynayıblar.

İsrail eksperti yazır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Təl-Əviv və Bakı bir-birinə əməkdaşlıq və tərəfdaşlıq əli uzadıblar: “1992-ci ilin aprelində hər iki hökumət diplomatik münasibətlərin qurulması barədə razılığa gəliblər. Eliezer Yotvat İsrail Dövlətinin Azərbaycanda ilk səfiri təyin edilib. Eyni zamanda, İsrailin o vaxtkı və indiki Baş naziri Binyamin Netanyahu Azərbaycana gecə saatlarında qısamüddətli tarixi səfər edib. İsrailin doqquzuncu prezidenti Şimon Peres 2009-cu ilin mayında Azərbaycana dövlət səfərinə gəlib. Sonra İsrail XİN-nin başçısı Aviqdor Liberman bir neçə dəfə (2010-cu ilin fevralında, 2012-ci ilin aprelində və 2014-cü ilin aprelində) “Odlar Yurdu”na rəsmi səfərə gəlib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 2013-cü ilin aprelində İsrailə səfəri yüksək səviyyədə keçib, 2014-cü ilin sentyabrında İsrail Dövlətinin müdafiə naziri Moşe Yaalon bu ölkənin Müdafiə Nazirliyinin Azərbaycana səfər edən ilk başçısı olub”.

Məqalə müəllifi prezident Şimon Peresin Azərbaycana tarixi səfəri zamanı dediyi sözləri xatırlayır: “Mən bilirəm ki Azərbaycanın siyasəti sülh, dostluq, inkişaf, eyni zamanda müstəqillik siyasətidir. Sizin nadir coğrafi mövqeyiniz dünyanın bu hissəsinin mühüm və əsas ölkəsi olacağınıza əvvəlki kimi heç bir şübhə yeri qoymur”.

İsrail eksperti yazır: “İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb və yoxdur. Rəsmi Bakı başqa ölkələrdə də hər hansı antisemitizm təzahürünü dəfələrlə pisləyib və pisləyir. Rəsmi Bakı indiyədək İsraildə diplomatik missiyasını açmasa da, Azərbaycan hökuməti İsrailə çoxsaylı nümayəndə heyətləri göndərir və bundan da çox İsrail nümayəndə heyətini Bakıda salamlayır. İsrail ilə iqtisadi əlaqələrin yüksələn xətt üzrə genişlənməsi, Azərbaycan neftinin satın alınması və Azərbaycan iqtisadiyyatına və kənd təsərrüfatına İsrailin investisiyaları nəzərə alınsa, bu, çox düzgün addımdır. Azərbaycanın isə kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək texnologiyalarına ehtiyacı var. Eyni zamanda ölkələrimiz təhsil, humanitar və mədəniyyət sahələrində layihələr həyata keçirirlər”.

A.Qut vurğulayır ki, Azərbaycan-İsrail münasibətləri müsbət strateji tərəfdaşlıq xarakteri daşıyır. Məqalədə deyilir: “Azərbaycan-İsrail əməkdaşlığı və tərəfdaşlığı inkişaf edir, ölkələr arasında ticarət dövriyyəsi təqribən 4 milyard dollar təşkil edir. Bu dövriyyə əvvəllər neft və qaz sənayesində cəmləşsə də, hazırda qarşılıqlı münasibətlərin inkişafı iqtisadiyyatın digər sektorlarına şaxələnib. Qeyd edək ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrailin Azərbaycan ilə daha sıx qarşılıqlı münasibətlər qurmağa can atmasının başqa səbəbləri də var. Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı kimi mühüm rol oynayır, o cümlədən İsrailin istehlak etdiyi neftin 40 faizini təmin edir. Azərbaycan Avropa üçün də energetika sahəsində şaxələndirmə və təhlükəsizlik mərkəzidir. Azərbaycan nəinki regionda iri energetika mərkəzidir, həm də əsas neft və təbii qaz hasılatçısıdır. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan boru kəməri (Alyaska boru kəməri ilə bərabər, dünyanın ən böyük neft kəməri) Gürcüstan ərazisindən keçməklə, Xəzər dənizindən Aralıq dənizinə qədər neft nəql edir. Ən başlıcası da budur ki, Azərbaycan və onun Qərb tərəfdaşları “Cənub” Qaz Dəhlizini təşkil edən boru kəmərləri şəbəkəsinin tikintisinə başlayıblar. Bu dəhliz vasitəsilə Azərbaycanın böyük qaz ehtiyatları Avropaya nəql olunacaq”.

Məqalə müəllifinin fikrincə, postsovet Azərbaycanı sübut edib ki, zəif və asılı geosiyası substansiya deyildir, o, Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynayır. O yazır: “Azərbaycanın praqmatik yanaşması, dini dözümlülüyü, Azərbaycan cəmiyyətinin multikultural və tolerant olması, dünyanın bir çox digər yerləri ilə müqayisədə diplomatiyanın xeyli dərəcədə daha mürəkkəb olduğu bir regionda qonşular ilə konstruktiv münasibətləri - bütün bu amillər bu dərəcədə uğurlu inkişafda öz rolunu oynayıb”.

Yeri gəlmişkən, İsrail də bu ölkəyə dostcasına yanaşan dünyəvi müsəlman ölkələrinə tam loyallığını beynəlxalq birliyə göstərmək istəyir.

Arye Qut İsrail vətəndaşı kimi qürur hissi ilə qeyd edir ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada presidenti olmayan qayğıkeş və səmimi münasibət bəsləyir. O yazır: “Prezidentin və birinci xanımın hamiliyi ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Azərbaycanda ilk yəhudi muzeyi yaratmaq planlaşdırılır. Bu, həm də Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Kiminsə əhalisinin çoxu müsəlman olan Azərbaycan kimi bir ölkənin İsraillə belə sıx dialoq qurmağa, yüksək əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə necə müvəffəq olması barədə sualı yaransa, onun dağlıq rayon Qubada yəhudilərin məşhur Qırmızı Qəsəbəsinə baxması kifayətdir.

Qırmızı Qəsəbə İsraildən sonra yəhudilərin dünyada sıx yaşadığı yeganə unikal yerdir, Azərbaycanın həqiqi qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayırlar, onları ümumi tarix və tale bağlayır. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və təcavüzkar siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin işğal edilməsinə, 1 milyondan çox qaçqın və məcburi köçkünün yaranmasına baxmayaraq, Azərbaycan əsl sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsi olub və olmaqda davam edir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməl daşıdır. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün siyasi və sosial şəraitin yaradılması və stimullaşdırılması istiqamətində zəruri addımlar atır”.

Azərbaycan bütün dünyaya nümayiş etdirib ki, harmoniya mümkündür və hər hansı problem zorakılıq olmadan münaqişəsiz həll edilə bilər.

İsrail eksperti qeyd edib ki, Prezident İlham Əliyev dünyəvi dövlətə, tolerantlığa sadiq olduğuna, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətlə yanaşdığına görə, İsrail cəmiyyətinin xeyli hissəsinin, eləcə də dünyadakı yəhudi icmalarının hörmət və ehtiramını qazanıb. İsrail eksperti fikrini belə yekunlaşdırıb: “İsrail və Azərbaycan arasında münasibətləri, habelə Azərbaycan müsəlmanları və Azərbaycan yəhudiləri arasında münasibətləri yalnız qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün müasir Azərbaycan-İsrail münasibətlərini ümumi dəyərlər və ümumi tarix bağlayır. Hər iki ölkə onlar arasında bəşəri əlaqələrin mövcudluğu və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir. Bundan əlavə, belə bir məsələ də aşkar və aydındır: Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi dinc yanaşı yaşayıblar və bu gün də belə yaşayırlar. Onları bir-birinə ömürlük bağlayan ümumi tarix və ümumi taledir”.

Link: 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər