“JİQULİ” İLƏ “OPEL”İN TOQQUŞMASI FACİƏ İLƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakı-Astara yolunun 237-ci kilometrliyində, Masallı rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin rayonun sakini Xanlar Məmmədovun VAZ-2106 markalı “Jiquli”si ilə Lənkəran şəhər sakini Nüsrət Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşmuşdur. Nəticədə “Jiquli”də olan sərnişin Kazım Kazımov dünyasını dəyişmiş, hər iki sürücü bədən xəsarəti almışdır.
Hadisənin səbəbi araşdırılır.