Azərbaycan Dövlət İnformasiya Agentliyi

Jonh Batchelor Show: Azərbaycan kommersiya məkanına və ulduzlara doğru

Jonh Batchelor Show: Azərbaycan kommersiya məkanına və ulduzlara doğru

Bakı, 14 avqust, AZƏRTAC

ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik olan “Con Batçelor Şou” (Jonh Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelorun Azərbaycanla bağlı hazırladığı növbəti verilişin qonağı “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev olub. AZƏRTAC verilişin xülasəsini təqdim edir.

“Azərbaycan kommersiya məkanına və ulduzlara doğru” adlı bu verilişdə Con Batçelor ölkəmizin dünya kosmik ailəsinin üzvü olması barədə məlumat verib. Bildirib ki, Azərbaycanda bu sahənin inkişafı üzrə 7-8 ili əhatə edən dövlət proqramı mövcuddur. Bu proqram daxilində artıq iki peyk orbitə buraxılıb, üçüncü peyk isə tezliklə kosmosda olacaq. Bunu ölkənin kommersiya uğuru hesab etmək olar.

“Azərkosmos”un sədri Rəşad Nəbiyev qurumun yaranma tarixi barədə məlumat verərək deyib: “Şirkətimiz Azərbaycan Respublikası Prezidentinin 2010-cu ildə imzaladığı Fərmana əsasən təsis olunub, 2011-ci ilin ortalarından fəaliyyətə başlayıb. İndiyə qədər orbitə iki peykimiz buraxılıb. İlk peyk “Azerspace-1”dir. Biz Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa və əlbəttə ki, yerləşdiyimiz Qafqaz regionunda telekommunikasiya sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edirik. Eyni zamanda, 2014-cü ildə Fransanın “Airbus” şirkəti ilə əməkdaşlıq edərək, “Azərsky” peykini orbitə buraxmışıq. Hazırda şirkətimiz bütün dünya üzrə, o cümlədən “Google” da daxil olmaqla, bir çox ABŞ şirkətlərinə telekommunikasiya və digər xidmətlər göstərir. Biz cari ilin sentyabr ayında sayca üçüncü telekommunikasiya peykimizi orbital mövqeyə çıxaracağıq. Qeyd edək ki, hər iki telekommunikasiya peyki ABŞ-ın kosmik sahədə aparıcı şirkətləri tərəfindən istehsal edilib”.

Rəşad Nəbiyev deyib ki, biz sənayedə baş verən klassik ənənənin dəyişməsini, həm də kosmik sənaye sahəsində müşahidə edirik. Bu dəyişikliyin yeni yaranan kiçik startap şirkətlərindən gəldiyini görürük, məsələn, “SpaceX”. Bu cür şirkətlər bazarda klassik və əsas oyunçulara böyük təzyiq göstərirlər. Onların yaratdıqları yeniliklər qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. Bildiyimiz kimi, bütün innovasiyalar adətən yeni və kiçik oyunçular tərəfindən gətirilir. Əgər “SpaceX”ı bazarda hər hansı digər mövcud oyunçu ilə müqayisə etsəniz, məhdud sayda əməkdaşlarla çalışan həmin şirkətin, - bildiyim qədər həmin şirkətdə 2000-3000 əməkdaş çalışır, - son yeddi il ərzində nə qədər uğurlu fəaliyyət göstərdiyini və bunun nəticəsində bazarın digər oyunçularına böyük təsir göstərərək qiymətin aşağı düşməsinə səbəb olduğunu görərsiniz. “Space X” agentliyi və digərləri, o cümlədən “Roskosmos” və NASA peyklərin orbitə çıxarılması qiymətlərini aşağı salmağa məcbur olublar. Qiymətlərin aşağı düşməsini həm də peyk istehsalçılarına aid etmək olar ki, bu da bizə kapital məsrəflərimizi aşağı salmağa imkan verir. Nəticədə bu, bizim müxtəlif bazarlarda daha rəqabətədavamlı olmağımıza şərait yaradır. Bununla da “Azərkosmos” kimi bazara yeni daxil olan şirkətlər SES, Intelsat, Utelsat kimi kompaniyalarla rəqabət aparmağı bacarırlar.

Con Batçelorun orbitə peyk buraxmağın nə qədər qazanc gətirməsi, peyk resurslarının satışa necə çıxarılması barədə sualını cavablandıran R.Nəbiyev deyib: “Telekommunikasiya sahələri üçün müştərilərimizdən danışırıqsa, qeyd etdiyim kimi, onların çoxu Afrika ölkələrindəndir. Bu müştərilərin bir çoxu şirkət məlumatlarının arxivləşdirilməsi məqsədilə bizim peyklərdən istifadə edən internet xidmət təminatçıları, mobil operatorlar, dövlət qurumlarıdır. Bizim, həmçinin Çindən məlumatların analizi ilə məşğul olan müştərilərimiz var. Yaxın Şərqdə bu, əsasən radio və televiziya yayım şirkətləridir, bölgəmizdə isə həm yayım, həm də dövlət qurumlarıdır”.

Con Batçelor ABŞ-ın peyk sənayesi sahəsində gördüyü işlərə toxunaraq qeyd edib ki, kosmos Amerikada hər şeyi dəyişdirdi və indi bir çox kiçik peyk şirkətləri, kiçik raket daşıyıcıları və nanopeyklər istehsal edən şirkətlər sayəsində çox güclü rəqabətin şahidi oluruq. Çünki nanopeyklər zamanı qabaqlamaq istəyən şirkətlər üçün tam yeni innovativ məhsullardır.

“Azərkosmos” ASC-nin sədri bildirib ki, bu yaxınlarda Cəmiyyət rəhbərliyi tərəfindən nanopeyklər istiqamətində fəaliyyət göstərmək və dünyada müxtəlif təşəbbüsləri nəzərdən keçirmək məqsədilə şöbə yaradılıb. Startap şirkətlərlə görüşlər keçirilir, danışıqlar aparılır, perspektivlər barədə məlumat toplanılır. Gələcəkdə bizi bu gün gördüyümüzdən tamamilə fərqli inkişaf gözləyir.

Amerikalı aparıcının “Azərkosmos”un gələcək planları barədə sualına cavabında Rəşad Nəbiyev deyib: “Qeyd etmək istəyirəm ki, “Azərkosmos” ASC-nin fəaliyyətə başladığı birinci, yəni, 2011-ci il “Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı”nın ilk məzunlarının əmək bazarına daxil olmasına təsadüf edib. Belə bir təşəbbüs 2007-ci ildə irəli sürülüb. Qeyd etməliyəm ki, bu, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub və bu yanaşmanın mərkəzində ölkənin gələcəkdə Qərb təhsilli mühəndislərə ehtiyacının olması barədə fikirlər dayanır. Yaxın Şərqdəki eyni məbləğdə sərmayə yatırılan başqa şirkətlərə baxsanız və onlarla bir masa arxasında əyləşsəniz, bu şirkətlərin xarici vətəndaşlar tərəfindən idarə edildiyinin şahidi olacaqsınız. Amma bu günə qədər bizim şirkətin idarəetmə sistemində xarici vətəndaş yoxdur. Düzdür, şirkət fəaliyyətə başlayanda üç nəfər xarici mütəxəssis cəlb olunmuşdu, amma indiyə qədər peyklərimiz orta yaşı 30 olan azərbaycanlı gənclər tərəfindən idarə olunur. Şirkətimiz əməkdaşlarımızı müxtəlif ali məktəblərdə dərs deməyə təşviq edir və onlardan bəziləri artıq doktorluq dissertasiyalarını müdafiə ediblər. Bu, qarşıdakı illərdə davamlı bir prosesə çevriləcək. Mən qətiyyətlə inanıram ki, “Azərkosmos”da çalışan əməkdaşlarımız artıq gələcək illərdə ölkənin müxtəlif sənaye sahələrində işləyəcəklər”.

Qeyd edək ki, ABŞ-ın məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor iyulun 29-dan avqustun 4-dək Azərbaycanda səfərdə olub və silsilə verilişlər hazırlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır