JURNALİSTLƏRƏ YENİ XİDMƏTİ KARTLAR TƏQDİM EDİLMİŞDİR
MŞ-nin sədri Əflatun Amaşovun sözlərinə görə, ölkəmizə səfərə gələn xarici jurnalistlər də ezamiyyət müddəti üçün belə kartlarla təmin olunacaqlar.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda söz və mətbuat azadlığının inkişaf etdirilməsi üçün dövlətin həyata keçirdiyi tədbirlərdən, senzuranın götürülməsinin və MŞ-nin yaradılmasının əhəmiyyətindən danışmışdır. O, təəssüf hissi ilə bildirmişdir ki, bəziləri mətbuat orqanlarının vəsiqələrindən istifadə edərək, jurnalist adına yaraşmayan hərəkətləri ilə, əslində, bütovlükdə Azərbaycan mətbuatına ləkə vururlar. Bu kartların verilməsi cəmiyyətimizdə jurnalist nüfuzuna kölgə salan ünsürlərin mətbuatdan kənarlaşdırılmasına imkan yaradacaqdır.
ATƏT-in Bakı ofisinin əməkdaşı cənab Lutç Leyxtfus MŞ-nin bu təşəbbüsünü Azərbaycanda söz və mətbuat azadlığının inkişafı istiqamətində ciddi addım kimi qiymətləndirmiş və bildirmişdir ki, təmsil etdiyi qurum bundan sonra da MŞ-yə yardım göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]