“Jurnalogiya – akademik nəşr prosesinin bütün aspektləri” mövzusunda müzakirələr aparılıb
Bakı, 2 iyun, AZƏRTAC
Jurnalogiya müxtəlif elm sahələrinin kəsişdiyi multidisiplinar bir elmi istiqamətdir.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Jurnalogiya - akademik nəşr prosesinin bütün aspektləri” mövzusuna həsr olunmuş növbəti onlayn iclasda məlumat verib. Akademik plagiatlıqla mübarizə, jurnalın menecmenti, süni intellekt və jurnalogiya, eləcə də jurnalometriya ilə bağlı tədqiqatlar aparılmasının, bu istiqamətdə dünya təcrübəsinin araşdırılmasının vacibliyini vurğulayıb.
İclasda jurnalogiya termininin yaranma tarixi, bu tədqiqat sahəsinin əsas məqsədi, eləcə də məqalələrə rəy vermə prosesinin təşkili haqqında məlumat verilib. Jurnalogiyanın “meta elm”, “açıq elm”, “yırtıcı” jurnallar, bibliometriya və elmmetriya ilə əlaqəsindən bəhs edilib. Jurnalogiyanın yeni paradiqmaları, yaxşı elmi məqaləyə qoyulan tələblər diqqətə çatdırılıb. Bildirilib ki, bu tələblərə orijinallıq, etibarlılıq, aydınlıq, intellektual ardıcıllıq və s. daxildir.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.