K-means alqoritminin eksperimental nəticələri müzakirə edilib
Bakı, 16 dekabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “K-means alqoritminin eksperimental nəticələrinin müxtəlif indekslər üzrə qiymətləndirilməsi” mövzusuna həsr olunan onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni təqdim edən Eltun Əhmədov ənənəvi proqramlaşdırma, maşın təlimi, klassifikasiya, klasterləşmə metodları, “K-means” alqoritminin işləmə prinsipi, verilənlər çoxluğunun növləri, qiymətləndirmə indeksləri və aparılan eksperiment barədə məlumat verib. O, “Siluet”, “Davies-Bouldin” və “Dunn” indeksləri haqqında danışıb, aparılan eksperimentin nəticələrini diqqətə çatdırıb.
Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələr səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]