Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə yüksəlib
Bakı, 9 mart, AZƏRTAC
Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində həlak olanların sayı azı 9 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, Associated Press agentliyinin yaydığı məlumata görə, insident nəticəsində, həmçinin 18 nəfər yaralanıb. Həlak olanların arasında 1 polis əməkdaşı da var. Bir qədər əvvəl 7 nəfərin öldüyü və 7 nəfərin də yaralandığı barədə xəbərlər yayılmışdı.
Partlayışın məsuliyyətini İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.
Hücum əfqan şiələrinin sabiq lideri Abdulla Əli Məzarinin ölümünün ildönümünə həsr olunan mərasim zamanı baş verib. Terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu yerli polis əməkdaşları onu yoxlamaq üçün dayandırdığı vaxt işə salıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]