Kaliforniya ştatında silahlı şəxs girov götürdüyü üç nəfəri və özünü öldürüb
Bakı, 10 mart, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatının Yuntvil şəhərindəki veteranlar evində girov götürülən üç qadın ölü tapılıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis nümayəndəsi açıqlama yayıb.
İlkin məlumata görə, veteranlar evinə hücum edən silahlı şəxs girov götürdüyü 3 nəfəri və özünü öldürüb.
Kaliforniya qubernatoru Jerry Brovn öldürülən qadınların veteranlar evinin işçiləri olduqlarını açıqlayıb.
Silahlı şəxsin hərbi proqramlardan birinin iştirakçısı olduğu və psixi pozuntu səbəbindən proqramdan kənarlaşdırıldığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]