Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamil Abdullazadə: Azərbaycan-Çin hüquqi və kommersiya əlaqələrinin inkişafına töhfə vermək istəyirəm

Kamil Abdullazadə: Azərbaycan-Çin hüquqi və kommersiya əlaqələrinin inkişafına töhfə vermək istəyirəm

Bakı, 25 avqust, AZƏRTAC

Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çində təhsil alacaq 20 nəfərdən biri Kamil Abdullazadədir. O, orta məktəbi qızıl medalla başa vurub. 2022-ci ildə 628 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının ingilis bölməsinə qəbul olub və bu il məzun olub. O, Çin Siyasi Elmlər və Hüquq Universitetində beynəlxalq hüquq üzrə magistratura proqramında təhsil alacaq. Kamil Abdullazadə AZƏRTAC-a müsahibəsində HTP-yə müraciət prosesindən, Çin universitetini seçməsinin səbəblərindən, beynəlxalq hüquq sahəsində hədəflərindən danışıb. Onunla müsahibəni təqdim edirik.

– Hökumətlərarası Təqaüd Proqramı haqqında necə məlumat əldə etdiniz və sizi müraciət etməyə nə həvəsləndirdi?

– Düzünü desəm, əvvəllər bu barədə geniş məlumatım yox idi. Lakin Çində təhsil almış azərbaycanlılar haqqında məlumatım var idi. Hələ Hüquq fakültəsində təhsil aldığım müddətdə müəllimimin də Çində təhsil aldığını bilirdim və bu, məndə maraq yaratmışdı. Daha sonra araşdırma apardım və məlum oldu ki, HTP çərçivəsində Çin üzrə də təqaüd imkanları mövcuddur. Mən əvvəllər yalnız Macarıstan istiqamətində belə bir proqramın olduğunu düşünürdüm. Təqaüd proqramının tələbəyə yaratdığı imkanlar da müraciət etmək qərarımda mühüm rol oynadı. Təhsil haqqının, yataqxana və səyahət xərclərinin qarşılanması, aylıq təqaüdün verilməsi və digər imkanlar tələbəyə əlavə maddi qayğı olmadan təhsilinə fokuslanmağa şərait yaradır. Təbii ki, bu, mənim üçün əsas motivasiyalardan biri oldu.

– Seçim prosesi necə keçdi? Sizin üçün ən çətin mərhələ hansı oldu?

– Seçim prosesini əsasən özüm həyata keçirdim. Çünki HTP-nin rəsmi internet səhifəsində bütün mərhələlər kifayət qədər ətraflı və müfəssəl izah olunub. Anlamadığım və ya əlavə məlumat almağa ehtiyac duyduğum məsələlərlə bağlı isə proqramın rəsmi elektron poçt ünvanına müraciət edirdim və suallarım operativ şəkildə cavablandırılırdı. Mənim üçün ən çətin mərhələ universitetlərdən qəbul məktubu almaq oldu. Çin böyük ölkədir və universitetlərə müraciət edənlərin sayı da kifayət qədər çoxdur. Bu səbəbdən universitetlərlə əlaqə yaratmaq, sənədlərin yoxlanılması və cavabların alınması müəyyən vaxt tələb edir. Bir növ “deadline” ilə yarışmalı oldum.

– Çin Siyasi Elmlər və Hüquq Universitetini seçməyinizə təsir edən əsas amillər nədən ibarət olub?

– Universiteti seçərkən diqqət yetirdiyim məqamlar professor-müəllim heyəti və tədris proqramı oldu. Beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislərin burada fəaliyyət göstərməsi, proqramda tədris olunan seçmə fənlərin ixtisaslaşmaq istədiyim istiqamətlərlə uyğunluğu mənim üçün mühüm amillər idi. Eyni zamanda, müxtəlif ölkələrdən olan tələbələrlə birgə təhsil almaq və onların beynəlxalq hüquqa fərqli yanaşmalarını öyrənmək mənə yeni perspektivlər qazandıracaq. Hesab edirəm ki, belə bir akademik mühit həm nəzəri biliklərimin, həm də peşəkar bacarıqlarımın inkişafına imkan verəcək.

– Beynəlxalq hüququn hansı istiqamətində ixtisaslaşmağı planlaşdırırsınız? Bu sahəyə marağınız necə formalaşıb?

– Təhsilimi xüsusilə beynəlxalq ticarət hüququ və arbitraj istiqamətində davam etdirmək istəyirəm. Bakalavr təhsilim dövründə kiçik hüquqşünas kimi çalışarkən, əsasən logistika və ticarət sahəsində fəaliyyət göstərən xarici şirkətlərlə işləmək imkanım olub. Bu təcrübə zamanı beynəlxalq ticarətdə Çinin nə qədər böyük rol oynadığını və belə münasibətlərdə güclü hüquqi yanaşmaların nə qədər vacib olduğunu yaxından gördüm. Azərbaycanda beynəlxalq ticarət hüququ hələ kifayət qədər geniş inkişaf etməyib. Eyni zamanda, arbitraj biznes və kommersiya mübahisələrinin məhkəmədənkənar həllində getdikcə daha böyük əhəmiyyət qazanır. Mən də məhz bu istiqamətlərdə ixtisaslaşaraq ölkəmizdə həmin sahələrin inkişafına töhfə vermək istəyirəm. Çünki dünya sürətlə dəyişir və biz də bu tendensiyalara uyğunlaşmalıyıq.

– Çində təhsil müddətində qarşınıza hansı məqsədləri qoymusunuz?

–Əsas məqsədim magistratura təhsilimi yüksək nəticələrlə başa vurmaq və beynəlxalq hüquq üzrə peşəkar biliklərimi inkişaf etdirməkdir. Eyni zamanda, xaricdə təhsil alan azərbaycanlı tələbə kimi ölkəmi layiqincə təmsil etməkdir. Çin böyük və sürətlə inkişaf edən bazara malik ölkədir. Orada fəaliyyət göstərən beynəlxalq hüquq şirkətlərindən birində təcrübə keçmək də hədəflərimdəndir. Xüsusilə “Clifford Chance”, “Linklaters” və “Baker McKenzie” kimi beynəlxalq şirkətlərdə real iş mühitini yaxından tanımaq və beynəlxalq kommersiya münasibətlərində hüququn tətbiqini öyrənmək istəyirəm. Bununla yanaşı, müxtəlif ölkələrdən olan tələbələr, hüquqşünaslar və digər peşəkarlarla yeni əlaqələr qurmaq da mənim üçün vacibdir.

 

– Xaricdə əldə edəcəyiniz bilik və təcrübəni gələcəkdə Azərbaycanda hansı istiqamətlərdə tətbiq etməyi planlaşdırırsınız?

– Əldə edəcəyim bilik, təcrübə və əlaqələri gələcəkdə Azərbaycanda tətbiq edərək xüsusilə beynəlxalq ticarət və kommersiya hüququ sahələrinin inkişafına töhfə vermək istəyirəm.

Fikrimcə, Azərbaycan ilə Çin arasında iqtisadi və ticarət əlaqələri inkişaf etdikcə bu münasibətlərin hüquqi tərəfinə də ehtiyac artır. Bu baxımdan hər iki ölkənin hüquqi və kommersiya mühitini anlayan mütəxəssislərə tələbatın artacağını düşünürəm. Azərbaycanda yeni yaranan Bakı Arbitraj Mərkəzinin də gələcəkdə regionda söz sahibi olması üçün müxtəlif ölkələrdə təhsil almış azərbaycanlı gənc hüquqşünasların bu prosesə cəlb olunmasının vacib olduğunu düşünürəm. Əsas məqsədim xaricdə əldə etdiyim bilikləri yalnız şəxsi karyeramın inkişafına yönəltmək deyil, həmin təcrübəni Azərbaycana gətirərək ölkəmizin beynəlxalq hüquqi və iqtisadi əlaqələrinin inkişafına töhfə verməkdir. Gələcəkdə Azərbaycanda tanınmış və peşəkar hüquqşünas olmaq, xüsusilə beynəlxalq ticarət hüququ və arbitraj sahəsində ixtisaslaşmaq istəyirəm. Eyni zamanda, Çin ilə Azərbaycan arasında hüquqi və kommersiya münasibətlərinin inkişafında iştirak edən mütəxəssislərdən biri olmağı hədəfləyirəm.

– Xaricdə təhsil almaq istəyən gənclərə hansı tövsiyələri verərdiniz?

– Gənclərə ilk növbədə universitetdə təhsil göstəricilərini mümkün qədər yüksək saxlamağı və təhsil aldıqları illərdə çox çalışmağı tövsiyə edərdim. Lakin yalnız dərslərlə kifayətlənmək də düzgün deyil. İctimai fəaliyyətlərdə iştirak etmək, qeyri-hökumət təşkilatlarına qoşulmaq, liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, müxtəlif təcrübə proqramlarına qatılmaq da çox vacibdir. Xaricdə təhsil ilk baxışda asan və cəlbedici görünsə də, düzgün seçim etmək ciddi araşdırma tələb edir. Ölkəni, universiteti və seçəcəyiniz ixtisası əvvəlcədən ətraflı araşdırmaq lazımdır. Dostlarınız xaricdə təhsil alır deyə onların seçimini kor-koranə təkrarlamaq düzgün deyil. Hər kəs öz marağına və gələcək məqsədlərinə uyğun, ona real bilik və təcrübə qazandıracaq proqram seçməlidir.

Nəticədə, xaricdə keçirdiyiniz bir-iki ili sadəcə diplom əldə etmək üçün deyil, həyatınıza və karyeranıza real təsir göstərəcək təcrübəyə çevirmək vacibdir.

Müxbir - Nərmin Muradzadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO