Kanar adaları yaxınlığında ələ keçirilən kokainlə bağlı Türkiyədə istintaq davam edir
İstanbul, 25 fevral, Günel Karatepe, AZƏRTAC
Kanar adaları yaxınlığında 10 ton kokainin ələ keçirilməsi ilə bağlı Türkiyədə aparılan istintaq ikinci mərhələyə keçib.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə aparılan istintaq çərçivəsində mərkəzi İstanbul olmaqla 10 vilayətdə əməliyyat keçirilib, daha 10 nəfər saxlanılıb. Əməliyyat zamanı 135 ev, 47 avtomobil və 42 şirkət payı (səhmlər) müsadirə edilib.
İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə aparılan işlər nəticəsində Avropa İttifaqı Polis Xidmətinə (Avropol) üzv olan ölkələrlə bir sıra hüquqi proseslər həyata keçirilib. Bu proseslər zamanı qarşılıqlı məlumat və sənəd mübadiləsi əsasında “cinayət törətmək məqsədilə təşkilat yaratma”, “narkotik maddələrin qanunsuz dövriyyəsi” və “cinayətdən əldə edilmiş əmlakın leqallaşdırılması (yuyulması)” əməllərini törədən cinayət təşkilatları ilə əlaqəli olduqları müəyyən edilən şübhəli şəxslər aşkarlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [23:30]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]