İQTİSADİYYAT
Kapital bazarlarında mövcud investisiya mühiti müzakirə olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı cari ilin doqquz ayı ərzində ölkədə kapital bazarlarının inkişafı istiqamətində həyata keçirilən işlər və bu sahənin maliyyə sistemindəki rolu müzakirə edilib.
Görüşdə ölkənin kapital bazarlarında mövcud olan investisiya mühiti, investorlar üçün yaradılan imkanlar və perspektivlər, həmçinin kapital bazarlarının tendensiyaları və çağırışları ətrafında fikir mübadiləsi aparılıb.