Karantin qaydalarına əməl olunmasına nəzarət məqsədilə reydlər davam etdirilir
Göyçay, 24 avqust, AZƏRTAC
Göyçay rayonunda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına əməl olunmasına nəzarət məqsədilə reydlər davam etdirilir.
Rayon icra hakimiyyətindən bununla əlaqədar AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, nəzarət məqsədilə rayon polis şöbəsi əməkdaşları ictimai nəzarət komissiyasının üzvləri ilə birlikdə rayon ərazisində ictimai iaşə, ticarət obyektlərində və son günlər vəfat edən vətəndaşların yaşadıqları ünvanlarda növbəti reyd keçirib.
Reyd zamanı şəhərin M.Ə.Rəsulzadə küçəsi 83 nömrəli ünvanda keçirilən reyd zamanı həmin ünvanda vəfat etmiş şəxsin hüzn mərasimində ailə üzvlərinə və mərasimdə iştirak edən digər vətəndaşlara Nazirlər Kabineti Yanında Operativ Qərargahın qəbul etdiyi karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub, 3 nəfər barəsində inzibati protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimə ediliblər.
Gün ərzində, ümumiyyətlə karantin rejimi qaydalarını pozan 12 vətəndaş barəsində inzibati protokollar tərtib edilərək müvafiq qaydada cərimə olunublar.