Karateçilərimiz beynəlxalq turnirdə iştirak etmək üçün Bolqarıstana yola düşüblər
Bakı, 24 may, AZƏRTAC
Dünya Karate Federasiyasının (WKF) təşkilatçılığı ilə mayın 24-də Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında ilk liqa turniri start götürüb.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komandamızın üzvləri mayın 28-dək davam edəcək turnirdə mübarizə aparmaq üçün Bolqarıstana yola düşüblər.
Bu yarış oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. Gənclərdən və kişilərdən ibarət milli komandaların baş məşqçiləri Anar Allahverdiyev və Şahin Xudaverdiyev məsul yarışda 10 idmançını sınaqdan çıxaracaqlar.
Elmir və Elnur Aşurov qardaşlarından (müvafiq olaraq 55 və 61 kq) başqa, Xəqan Həsənov (55 kq), Tural Yaqubov (68 kq), Məhəmməd Məmmədov və Bəxtiyar Rzayev (hər ikisi 68 kq), Amil Bünyadzadə və Musa Sarıyev (+76 kq), həmçinin Mədinə Sadıqova (48 kq) və Polina Hurenko (53 kq) turnirdə Olimpiadaya lisenziya xalları uğrunda mübarizə aparacaqlar.
Yarışların idarə olunmasında beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]