Karateçilərimiz Zalsburqda “Karate-1 Seria A” turnirində iştirak edəcəklər
Bakı, 28 fevral, AZƏRTAC
Karate üzrə Azərbaycan milli komandasının əsas və əvəzedici heyətinin bir neçə üzvü martın 2-4-də Avstriyada “Seria A” turnirində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) “Karate-1” yarışlarından olan Zalsburq mərhələsində səkkiz idmançımız mübarizə aparacaq.
Qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), kişilərdən isə Rafiz Həsənov və Tural Ağalarzadə (ikisi də 67 kq), Samir Məmmədov (75 kq), Ayxan Mamayev və Pənah Allahverdiyev (84 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) tatamiyə çıxacaqlar.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turniri idarə edənlər arasında olacaq.
Qeyd edək ki, turnirdə 88 ölkədən 1597 idmançı medallar uğrunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]