Karateçimiz İrina Zaretska “Paris Open” beynəlxalq turnirində gümüş medal qazanıb
Bakı, 24 yanvar, AZƏRTAC
Karate üzrə Azərbaycan milli komandasının üzvü İrina Zaretska (68 kq) yeni mövsümə uğurla başlayıb.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Fransanın paytaxtında keçirilən ənənəvi “Paris Open” beynəlxalq turnirində 4 görüş keçirən İ.Zaretska gümüş mükafat qazanıb. Nüfuzlu yarışda 52 ölkədən 458 idmançı iştirak edib.
Milli komandanın digər üzvləri fevralda Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçiriləcək Karate1 Premyer Liqa turnirinə hazırlaşırlar. Yeni qaydalara əsasən qarşıdakı turnirdə qadınlardan məhz İ.Zaretskanın iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]