İDMAN
Karlo Ançelottinin “Napoli” rəhbərliyindən ilk transfer xahişi
Bakı, 24 may, AZƏRTAC
“Napoli”yə yeni təyin olunan baş məşqçi Karlo Ançelottinin ilk transfer edəcəyi futbolçunun adı bəlli olub.
AZƏRTAC “AS” nəşrinə istinadən xəbər verir ki, Papa Karlonun siyahısında ilk transfer “Real Madrid” klubunun fransız hücümçusu Kərim Benzemadır.
Ançelotti klubun prezidenti Aurelio De Laurentisə istədiyi oyunçuların siyahısını verib. İtalyan mütəxəssis ilk günlərdən komandanın heyətində müəyyən dəyişikliklər etmək fikrindədir. Digər oyunçuların adları hələ açıqlanmır. Ançelotti “Real” klubunu (2013-2015-ci illər) çalışdırarkən Benzema Madrid təmsilçisinin şərəfini qoruyub.
Karlo Ançelotti “Napoli”də digər italiyalı mütəxəssis Maurizio Sarrini əvəz edib.
Kərim Benzema 2017/2018-ci il mövsümündə 46 matçda 11 qol vurub və 12 məhsuldar ötürmə verib.