Kasım-Jomart Tokayev: Qazaxıstan balanslaşdırılmış xarici siyasət yürüdür
Nur-Sultan, 18 noyabr, AZƏRTAC
Qazaxıstan balanslaşdırılmış xarici siyasət yürüdür.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə Xarici İşlər Nazirliyinin kollegiyasının geniş iclasında çıxışı zamanı bildirib.
Qazaxıstan lideri deyib: "Geosiyasi qarşıdurmanın artması fonunda Qazaxıstan heç kimə qarşı çıxmır və özünün beynəlxalq mübahisələrə cəlb olunmasına imkan verməyəcək. Biz öz yolumuzu dəqiq müəyyənləşdirmişik. Biz praqmatizmə əsaslanan balanslaşdırılmış xarici siyasət yürüdürük”.
Eyni zamanda, ölkə başçısı Qazaxıstanın ikitərəfli və çoxtərəfli öhdəliklərinə sadiq qalmağa davam edəcəyini deyib.
“Mübahisə yarananda biz milli maraqlarımızın tam nəzərə alınması əsasında mümkün həll yollarını tapmağa çalışırıq. Bizim üçün müqəddəs olan müstəqillik, suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü kimi dəyərlərə xələl gətirəcək heç bir razılaşmaya heç vaxt yol verməyəcəyik”, - deyən Tokayev əlavə edib ki, ilk növbədə, Qazaxıstanın maraqlarını müdafiə etmək lazımdır.
Qazaxıstan Avrasiya qitəsində bir sıra çoxtərəfli qurumların təsisçiləri sırasındadır, həmçinin TDƏŞ, MDB, Aİİ, KTMT, ŞƏT, İƏT və digər təşkilatların işində fəal iştirak edir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]