Katoliklər Vatikanın Müqəddəs Pyotr kilsəsində dünyada sülh üçün dua ediblər
Vatikan, 28 oktyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk oktyabrın 27-ni dünyada sülh üçün dua, oruc və tövbə günü elan edib.
AZƏRTAC xəbər verir ki, Papa Fransiskin iştirakı ilə Vatikanın Müqəddəs Pyotr kilsəsində bir saat ərzində katoliklər dünyada sülh üçün dua ediblər. Bütün dinlərə mənsub olanları bu qlobal duaya qoşulmağa dəvət edən Roma Papası insanları müqəddəs torpaqda və Ukraynada, eləcə də digər münaqişə zonalarında ədalətli və davamlı sülhə nail olunması üçün dua etməyə çağırıb.
O, Ukrayna, İsrail və Fələstində baş verənləri ağrı ilə izlədiyini, çoxlu sayda insanın həlak olması və yaralanmasına görə narahatlığını ifadə edib. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verən Papa Fransisk girovların dərhal azad olunmasının vacibliyini vurğulayıb.
Roma Katolik Kilsəsinin rəhbəri dinc insanların müharibələrin qurbanı olmasından narahatlığını bildirib, qanlı münaqişələrin dərhal dayandırılmasına çağırış edib.
Qeyd edək ki, Papa Fransisk daha əvvəl Suriyada baş verənlərə görə 2013-cü il sentyabrın 7-ni, Cənubi Sudan və Konqo Demokratik Respublikasında zorakılığa qarşı 2018-ci il fevralın 23-nü, Livandakı faciə ilə əlaqədar 2020-ci il sentyabrın 4-nü, əfqan xalqı ilə həmrəylik üçün 2021-ci il avqustun 29-nu və Ukraynadakı münaqişəyə görə ötən il martın 2-ni dua, oruc və tövbə günü elan edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]