Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb
Bakı, 11 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti vasitəsilə ötən il 212 min şəxsə avtomatik olaraq sosial sığorta nömrəsi (SSN) və bununla da elektron qaydada fərdi hesab açılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin yanvar ayında fəaliyyətə başlayan həmin e-xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyata alınmasına xidmət edir. İlk dəfə əmək müqaviləsi ilə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydiyyatdan keçdiyi andan işçiyə avtomatik şəraitdə SSN də açılır. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır.
Beləliklə, işçi sosial sığorta sisteminin iştirakçısı kimi, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]