Keçən il BDU-nun Tarix fakültəsinin ixtisaslarına keçid balları artıb
Bakı, 14 fevral, AZƏRTAC
2024-2025-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində bakalavriat səviyyəsinə 486 tələbə qəbul edilib, qəbul planı 93 faiz dolub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, qəbul olunan tələbələrdən 4-ü 600-dən yüksək bal toplayıb. Bu tələbələr tarix və tarix müəllimliyi ixtisaslarına qəbul olunublar. Son üç ildə tarix, tarix müəllimliyi, regionşünaslıq ixtisaslarında keçid ballarında artım müşahidə edilib.
Fakültədə 18 professor, 50 dosent, 39 müəllim və baş müəllim olmaqla ümumilikdə 142 əməkdaş fəaliyyət göstərir. Onlardan 21-i tarix üzrə elmlər doktoru, 77-si isə tarix üzrə fəlsəfə doktorudur.
2024-cü ildə fakültə tərəfindən 16 dərslik, 24 proqram, 11 monoqrafiya nəşr olunub, 200 elmi məqalə (156-sı respublika daxilində, 44-ü isə xarici jurnallarda, o cümlədən 6-sı “Web of Science” və “Scopus” bazasında) çap edilib. Tarix fakültəsi ötən il 5 elmi konfrans təşkil edib, onlardan 2-si beynəlxalq, 3-ü isə respublika səviyyəli olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [20:03]
Azərbaycanlı alim beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
- 02.06.2026 [19:59]
Agentlik: 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb
- 02.06.2026 [17:17]
“Tarixin uşaq izləri” muzeydə: keçmişə səyahət
- 02.06.2026 [16:57]
Ədəbiyyat İnstitutunun əməkdaşı Prezident təqaüdünə layiq görülüb
- 02.06.2026 [16:37]