Keçmiş hokkeyçi evində qətlə yetirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Finlandiyalı keçmiş hokkeyçi Yanne Puhakka güllələnərək qətlə yetirilib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, hadisə 29 yaşlı veteran oyunçunun Espoo şəhərində yerləşən evində baş verib.
Polis qətldə Rolf Nordmo adlı baytarı şübhəli bilir. İlkin versiyaya görə, insidentə tərəflər arasında yaranmış mübahisə səbəb olub. Nəticədə Nordmo tapançanı götürərək atəş açıb. Puhakka hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Yanne Puhakka peşəkar idmançı karyerasını 2018-ci ildə başa vurub. O, ölkəsində müxtəlif komandaların formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]