Keçmiş məcburi köçkün: Azərbaycanın hər bir diyarı mənə Vətəndir
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycanın hər bir diyarı mənə Vətəndir. Şükürlər olsun ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin şücaəti, qazilərimizin məğrurluğu sayəsində bu gün biz öz doğma obamıza qayıdırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində noyabrın 23-də Bakıdan Laçın rayonunun Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Kəmalə Əliyeva deyib.
“Zabux kəndi ilə bağlı mənim uşaqlıq xatirələrim hələdə ağlımdadır. Biz hər il milli bayramlarımızı kənd camaatı ilə birgə ocaq başına yığılaraq qeyd edərdik. Arzumdur ki, bu gözəl günü, Böyük Qayıdışı otuz iki ildir gözləyən digər keçmiş məcburi köçkünlər də yaşasınlar”, - deyə Zabux kənd sakini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]