Keçmiş qubernator Mark Senford Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürəcək
Vaşinqton, 9 sentyabr, AZƏRTAC
Cənubi Karolina ştatının keçmiş qubernatoru, ABŞ Nümayəndələr Palatasının bu ştatdan olan üzvü Mark Senford prezidentliyə namizədliyini irəli sürəcəyini elan edib. Beləliklə o, Donald Trampa meydan oxuyan üçüncü respublikaçı olacaq.
Senford keçən həftə dediyinə görə, “Dorian” qasırğası sovuşan kimi o, prezidentliyə namizədliyini irəli sürmək qərarını rəsmən bəyan edəcək.
AZƏRTAC xəbər verir ki, aprel ayında Massaçusets ştatının keçmiş qubernatoru Bill Uelt, avqust ayında isə, Nümayəndələr Palatasının İllinoys ştatından olan keçmiş üzvü Co Uolş öz namizədliyini elan edib.
Senford Konqresə ilk dəfə 1994-cü ildə seçilib. 2002-ci ildə qubernator vəzifəsinə namizədliyini irəli sürməsi uğurla başa çatıb, 2006-cı ildə isə yenidən bu vəzifəyə seçilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]