Kəlbəcər sakini: 33 il əvvəl kədərlə tərk etdiyimiz yurdumuza bu gün qürurla qayıdırıq
Tərtər, 2 aprel, AZƏRTAC
33 il əvvəl Kəlbəcəri tərk edəndə qəlbimizdə sağalmaz bir yara, yaddaşımızda isə o müdhiş günlərin ağır xatirələri var idi. O vaxt dağların dumanında kədərlə çıxmışdıq, bu gün isə günəşli bir zəfər sabahında, böyük qürur və sonsuz sevinc hissi ilə doğma ocağımıza qayıdırıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında aprelin 2-də Kəlbəcərə növbəti köç karvanı ilə yola düşən rayon sakini, keçmiş məcburi köçkün İman İbrahimov deyib.
İllərin həsrətini arxada qoyan həmsöhbətimiz hisslərini bu cür ifadə edib: “Onilliklər boyu hər gecə yuxumuzda o uca dağları, zümrüd meşələri, buz bulaqları görmüşük. O həsrət bizi heç vaxt tərk etmədi. Amma qəlbimizdə sönməz bir inam var idi – bilirdik ki, nə vaxtsa o yollar yenidən açılacaq, ayağımız doğma torpağa dəyəcək. Bu gün həmin o müqəddəs arzunun gerçəkləşdiyi gündür. Biz Kəlbəcərə yeni nəfəs verməyə, yenidən həyat qurmağa və yurdumuzu dirçəltməyə qayıdırıq”.
Müxbir – Tahir Ağaməmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:31]
Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır
- 07.08.2026 [14:29]
Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB
- 07.08.2026 [14:24]
Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:18]
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
- 07.08.2026 [10:38]
Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir
- 07.08.2026 [10:09]