KƏND VƏ QƏSƏBƏ BƏLƏDİYYƏLƏRİNİN FUTBOLÇULARI ARASINDA YARIŞLARA YEKUN VURULMUŞDUR
“Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, AFFA-nın dəstəyi ilə Bakı Kəndləri Futbol Federasiyasının və “Nicat” Peşəkar Futbol Klubunun birgə təşkil etdiyi yarışlarda gənclərdən ibarət 18 və yeniyetmələrdən ibarət 20 komanda mübarizə aparmışdır. Yarışlar 2005-ci ilin noyabrından başlayaraq, kənd və qəsəbələrin futbol meydançalarında keçirilmişdir.
Gənclər arasında Binə bələdiyyəsi 1-ci, Yeni Suraxanı bələdiyyəsi 2-ci, Qobu bələdiyyəsi 3-cü yer tutmuşlar. Bəhmən İsayev (Binə) ən məhsuldar oyunçu olmuşdur (40 top). 1990-91-ci il təvəllüdlü yeniyetmələr arasında Aşağı Güzdək qəsəbəsinin komandası 1-ci, “Ruslan-90” komandası 2-ci, “Banişevski” futbol klubu 3-cü yerə çıxmışdır. Fərqan Məmmədov (“Banişevski” FK) ən məhsuldar oyunçu olmuşdur (20 top). 1992-93-cü il təvəllüdlü yeniyetmələr arasında isə Səbail bələdiyyəsi 1-ci, Nizami bələdiyyəsi 2-ci, “Mehdiabad” futbol klubu 3-cü olmuşdur. Fəxrəddin Bayramov (“Ruslan-93”) ən məhsuldar oyunçu olmuşdur (18 top).
Komandaların mükafatlandırılma mərasimi mayın 27-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]