KƏNDLƏRİN İÇMƏLİ SU İLƏ TƏMİNATI YAXŞILAŞDIRILIR
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, dövlət başçısı İlham Əliyevin “Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 2 milyon manat vəsaitin bir hissəsi Kəbirli, Mehrablı, Qaradolaq, Yeni Qaradolaq və Aran kəndləri əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılmasına yönəldilmişdir.
Bu məqsədlə 26 kilometr uzunluğunda içməli su xətti çəkilmiş, 5 artezian quyusunun qazılmasına, Kəbirli və Aran kəndlərində tutumu 120 kubmetr olan 4 ədəd su çəninin tikintisinə başlanılmışdır. Bütün bu işlərin sentyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur.