Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində

Kəngərli, 28 dekabr, AZƏRTAC

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf dövrünü yaşayır. Həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar və aparılan quruculuq işləri ölkəmizdəki sabitliyi, inkişafı və ən əsası dövlət-xalq birliyini möhkəmləndirir. İnsanların rifahına hesablanmış kompleks islahatlar Heydər Əliyev siyasi xəttinin bəhrəsi kimi xalqımızın həmrəyliyini daha da gücləndirir. Naxçıvan Muxtar Respublikasında da yaşayış məntəqələri müasir görkəmə qovuşub, insanların rahat yaşayışı təmin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 28-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Kəngərli rayonunun Böyükdüz kəndində yeni sosial obyektlər istifadəyə verilib.

Böyükdüzdə yeni məktəbin açılışı olub

Dekabrın 28-də Böyükdüz kənd tam orta məktəbi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanların yaradıldığı müasir tipli məktəb 342 şagird yerlikdir. İki mərtəbəli yeni təhsil ocağında 21 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Məktəbdə internetə çıxışı olan 22 kompüter və 3 elektron lövhə quraşdırılıb.

Muxtar respublikanın məktəblərində yaradılan kitabxanalar şagirdlərin mütaliə imkanlarını genişləndirir, dünyagörüşlərini artırır. Məktəbin kitabxana fondunda 3040-ı dərslik və 2660-ı bədii ədəbiyyat olmaqla 5700 kitab vardır. Burada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb, məktəbəhazırlıq qrupları üçün tədris vəsaitləri qoyulub. Məktəbin müəllimlərindən Nərminə Məmmədova və Sədaqət Muradova gənc nəslin təhsili üçün yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Ali Məclisin Sədri laboratoriyalarda, şahmat sinfində, idman zalında və hərbi kabinədə dərslərin tədrisi ilə maraqlanıb, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin, fiziki hazırlığının və dəqiq elmlərə marağının artırılmasının vacibliyini qeyd edib.

Elektron lövhəli sinifdə Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənib.

Sonra Ali Məclisin Sədri müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüşüb.

Böyükdüz kənd tam orta məktəbinin direktoru Solmaz Quliyeva çıxış edərək deyib ki, həyata keçirilən quruculuq tədbirləri nəticəsində muxtar respublikamızın şəhər, rayon, qəsəbə və kəndlərində ən müasir infrastruktur yaradılıb. Təhsil sahəsində də mühüm işlər görülüb, müasir məktəb binaları tikilərək istifadəyə verilib. Çox şadıq ki, bu diqqət və qayğıdan Böyükdüz kəndinə də pay düşüb və kollektiv müasir məktəb binası ilə təmin olunub. Solmaz Quliyeva məktəbin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Məktəbin müəllimi Aygül Məmmədova Ali Məclis Sədrinin “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir” fikrini xatırladaraq deyib: “Bu bir həqiqətdir ki, muxtar respublikada təhsil quruculuğu geniş vüsət alıb. Ali Məclis Sədrinin qayğısı ilə ən müasir tədris imkanları olan 200-dən artıq məktəb binası istifadəyə verilib. Muxtar respublikanın hansı kəndinə getsək, orada ən hündür bina məktəb binasıdır. Bu gün müəllimlər, o cümlədən şagirdlər və kənd əhalisi böyük sevinc içindədirlər. Çünki Böyükdüz müasir kəndlər sırasına qoşulub. Məktəbimiz yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilir. Müəllim və şagirdlər üçün yüksək tədris şəraiti yaradılıb. Bu qayğı biz müəllimləri daha yaxşı işləməyə ruhlandırır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyükdüz kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Böyükdüz kəndinin həyatında əlamətdar gündür. Kənddə geniş quruculuq işləri aparılmış, məktəb, xidmət mərkəzi, həkim ambulatoriyası və yol istifadəyə verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Dövlət haradan olursa-olsun, nədən olursa-olsun kəsib məktəb işinə sərf etməli, müəllim əməyinə qiymət verməlidir”. Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində təhsil sahəsində böyük nailiyyətlər qazanılmışdır. Azərbaycan savadlılıq səviyyəsi 100 faiz olan ölkələr sırasına daxil olmuşdur. Bu gün gənclərimiz ölkəmizlə yanaşı, həm də xarici dövlətlərin universitetlərində ali təhsil alır, Azərbaycanı uğurla təmsil edirlər. Həmin gəncləri yetişdirən isə məktəblər və müəllimlərdir. Böyükdüz kənd tam orta məktəbinin də son 5 ildəki nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır.

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinə görə kollektivə təşəkkür edərək deyib: Bu gün Böyükdüz kəndində müasir tədrisin tələblərinə tam cavab verən məktəb istifadəyə verilir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, dərslər qavrama yolu ilə öyrədilməli, müasir tədris metodları tətbiq edilməlidir. Yaradılan şərait tədrisin yaxşı əhval-ruhiyyədə və müasir tələblər səviyyəsində təşkilinə imkan verəcəkdir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyin, inkişafın və dövlət-xalq birliyinin bəhrəsidir. Bu gün ulu öndərin yolunun uğurla davam etdirilməsi sabitlik və inkişafı daha da möhkəmləndirir. Gənclərimiz Vətənə məhəbbət ruhunda tərbiyə olunmalı, müstəqilliyimiz və dövlətçiliyimiz, ulu öndər Heydər Əliyev yolunun Azərbaycana bəxş etdiyi uğurlar onlara öyrədilməlidir.

Ali Məclisin Sədri deyib: Məktəb kollektivinin əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş, bir müəllim “İlin ən yaxşı müəllimi” seçilmişdir. Yaradılan şəraitin müqabilində məktəb nailiyyətlərini daha da artıracaq, fərqlənən müəllimlərin əməyi qiymətləndiriləcək, Böyükdüz kənd tam orta məktəbi muxtar respublikamızın qabaqcıl təhsil ocaqları sırasında öz layiqli yerini tutacaqdır.

Ali Məclisin Sədri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə kollektivi təbrik edib, tədrisdə uğurlar arzulayıb.

Binanın həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıq salınıb.

Həkim ambulatoriyasında əhaliyə nümunəvi
xidmət göstəriləcək

Muxtar respublikada müasir səhiyyə müəssisələrinin qurulması və icbari tibbi sığortaya keçid bu sahədə xidmətin səviyyəsini yüksəldib.

Dekabrın 28-də Böyükdüz kəndində həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.

Bildirilib ki, lazımi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 9 xidməti otaq, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, doğuş, manipulyasiya, peyvənd, fizioterapiya kabinəsi, qeydiyyat və aptek vardır. Qeydiyyat otağında icbari tibbi sığortanın tətbiqi üçün şərait yaradılıb.

Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultra yüksəktezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təchiz edilib.

Tibb işçisi Gözəl Babayeva əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri həkim ambulatoriyasında səhiyyə işinin düzgün təşkili və icbari tibbi sığortanın tətbiqi ilə bağlı tapşırıqlar verib.

Böyükdüz kənd avtomobil yolu yenidən qurulub

Muxtar respublikada kənd yollarının təmiri və yenidən qurulması diqqət mərkəzində saxlanılır. Çünki müasir və abad yol inkişaf və rahat həyat deməkdir.

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyükdüz kənd avtomobil yolunun açılışını edib.

Məlumat verilib ki, ümumi uzunluğu 2600 metr olan kənd avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. 600 metr uzunluğundakı kənddaxili yollar təmir olunub, qum-çınqıl qatı verilib. Yolun üzərində 54 su keçidi qoyulub, 730 metr beton su kanalı çəkilib.

Xidmət mərkəzi sakinlərin gündəlik
tələbatını ödəyəcək

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Böyükdüz kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, mərkəzdə gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar vardır. Xidmət sahələrinin fəaliyyəti üçün mərkəzdə nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışı ayrıca bölmədə təşkil edilib.

Xidmət mərkəzində işlə təmin olunan Nərminə Rəsulova və dərzi İlqar Camalov göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Ali Məclisin Sədri Böyükdüz kənd sakinləri ilə görüşüb, onları kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək deyib: Aparılan quruculuq işləri Böyükdüz kəndinə yeni bir həyat və rahat yaşayış gətirib. Müasir məktəbin, yolun, xidmət mərkəzinin və həkim ambulatoriyasının istifadəyə verilməsi, görülən abadlıq işləri sakinlərin rahatlığına hesablanmışdır. Vaxtilə kənddə istixana kompleksi və sənaye şəhərciyi istifadəyə verilmiş, toxumçuluq təsərrüfatı yaradılmışdır. Hazırda toxumçuluq təsərrüfatında qapalı suvarma şəbəkəsi qurulur. Kənddə 1000 hektara yaxın pay, 5400 hektara yaxın bələdiyyə torpağının olması əkinçilik üçün geniş imkanlar açır. Böyükdüz kənd sakinləri torpağa bağlı insanlardır. Kəndin zəhmətkeş insanları torpaqlardan səmərəli istifadə edərək həm öz yaşayışlarını təmin edir, həm də ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verirlər. Eyni zamanda, kənddə 350-yə yaxın sakin dövlətdən əməkhaqqı, təqaüd və pensiya formasında vəsait alır.

“Azərbaycandakı mövcud sabitlik və inkişafın, dövlət-xalq birliyinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsi Böyükdüz kəndinin timsalında aydın görünür”, - deyən Ali Məclisin Sədri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə sakinləri təbrik edib.

Kənd sakini Vaqif Babayev çıxış edərək deyib: Böyükdüz Kəngərli rayonunun sürətlə inkişaf edən kəndlərindəndir. Kəndimiz geniş torpaqlara malik olsa da uzun illər bu ərazilərdən istifadə olunmayıb. Bunun da səbəbi həmin torpaqların suvarma suyu ilə təmin olunmaması idi. Məhz Ali Məclis Sədrinin diqqət və qayğısı ilə son illərdə bu ərazilər suvarma suyu ilə təmin olunub, yüzlərlə hektar sahə əkin dövriyyəsinə qatılıb, böyük yaşıllaşdırma işləri aparılıb. Ərazidə istixana, toxumçuluq təsərrüfatı, eyni zamanda, Naxçıvan Sənaye Kompleksi fəaliyyət göstərir ki, kənd sakinlərinin də çoxu bu müəssisələrdə çalışır. Bu gün istifadəyə verilən obyektlər kənd sakinlərinin böyük sevincinə səbəb olub. Məktəb binasının yenidən qurulması şagirdlərin burada yaxşı təhsil almasına, həkim ambulatoriyasında yaradılan şərait sakinlərə nümunəvi səhiyyə xidməti göstərməyə imkan verəcəkdir. Bir sözlə, Böyükdüz kəndi qəsəbə görkəmindədir. Bütün bunları dövlətin kənd sakinlərinə göstərdiyi diqqət və qayğı kimi dəyərləndiririk. Bu gün Naxçıvan Muxtar Respublikası öz inkişaf dövrünü yaşayır. Bu tarixə şahidlik etmək hər bir sakin üçün xoşbəxtlikdir. Vaqif Babayev kənd sakinləri adından minnətdarlıq edib, yaradılanlardan səmərəli istifadə edəcəklərinə söz verib.

X X X

Böyükdüz kəndində sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 500 metr yeraltı, 400 metr fiber-optik və 1330 metr hava rabitə xətləri çəkilib. Bundan başqa 1 transformator quraşdırılıb, 2 transformator əsaslı təmir olunub, 3020 metr uzunluğunda izolyasiyalı elektrik və 50 metr polietilen borularla qaz xətti çəkilib, 7688 metr qaz xəttində təmir-bərpa işləri aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun